Bərdədə ölümlə nəticələnən qəza – VİDEObackend

Bərdədə ölümlə nəticələnən qəza - VİDEO

Bərdə rayonunda bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

KONKRET.az-ın məlumata görə, hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonunun Göbər kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənddə “VAZ-2107” markalı avtomobili ilə “Nissan” markalı minik maşını toqquşub. Nəticədə “Nissan”ın sürücüsü ölüb. Hadisə zamanı həmçinin “VAZ-2107”in sürücüsü və sərnişini ağır xəsarət alıb.

Hər iki yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*