Bərdədə qəzada ölən və yaralananların şəxsiyyəti məlum oldu – YENİLƏNİBbackend

Bərdədə qəzada ölən və yaralananların şəxsiyyəti məlum oldu - YENİLƏNİB

Bərdənin Göbər kəndi ərazisində baş verən yol qəzasında ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.

KONKRET.az-ın verdiyi məlumata görə, qəza zamanı Bərdə rayon sakini Elnur Asif oğlu Cəfərov hadisə yerində ölüb.

Qəza zamanı Behbud Məmmədov və Seymur Cəfərov isə ağır xəsarətlər alıb. Hər iki yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər onların vəziyyətinin ağır olduğunu bildirirlər.

Qeyd edək ki, “VAZ-2107” markalı avtomobili ilə “Nissan” markalı minik maşını toqquşub.

Faktla bağlı araşdırma aparılır.

=======================================================================================================

Bərdə rayonunda bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

KONKRET.az-ın məlumata görə, hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonunun Göbər kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənddə “VAZ-2107” markalı avtomobili ilə “Nissan” markalı minik maşını toqquşub. Nəticədə “Nissan”ın sürücüsü ölüb. Hadisə zamanı həmçinin “VAZ-2107”in sürücüsü və sərnişini ağır xəsarət alıb.

Hər iki yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*