Əsədin əmisi oğlu Suriyada öldürülüb.
KONKRET.az xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.
Suriyada ələvilərin yaşadığı Kardaha kəndinin (Suriyanın şimal-qərbində, Latakiya yaxınlığında) təhlükəsizliyinə cavabdeh olan prezident Bəşər Əsədin əmisi oğlu Arua Diba atışmada öldürülüb. Anur Harun əl-Əsəd də öldürülüb.
Məlumata görə, bu şəxslər narkotik alveri ilə məşğul olub və cinayətkarların çəkişmələri zamanı dünyasını dəyişib.
Nəşr bildirir ki, qarşıdurma pul bölgüsü və Səudiyyə Ərəbistanına gedən yolda ələ keçirilən sintetik narkotik “kaptaqon”un böyük partiyası fonunda baş verib.
Xuraman Etibarlı,
KONKRET.az
