Beynəlxalq Ədalət Məhkəməsi Fələstinlə bağlı İsraildən bunu tələb etdibackend

Beynəlxalq Ədalət Məhkəməsi Fələstinlə bağlı İsraildən bunu tələb etdi

İsrail Qəzza zolağına humanitar yardımın çatdırılmasını təmin etmək üçün lazımi tədbirlər görməlidir.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu qərarı Beynəlxalq Ədalət Məhkəməsi qəbul edib.

Hökmdə deyilir ki, hərbçilər Fələstin anklavına ərzaq, su və yanacağın çatdırılmasına mane olacaq hərəkətlər etməməlidir.

Bu arada ABŞ və İsrail ordunun Rəfahda mümkün əməliyyatı ilə bağlı yeni danışıqlar aparmağa razılaşıb.

Qeyd edək ki, bir müddət əvvəl Birləşmiş Ştatlar Qəzzada atəşkəs tələbi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnaməsinə veto qoymadığından İsrailin baş naziri Benyamin Netanyahu nümayəndə heyətinin Vaşinqtona səfərini ləğv etmişdi.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*