Beynəlxalq müşahidəçi: “Ən çox təsirləndiyim Dağlıq Qarabağdan olan seçicilərin iştirakı idi”backend

Beynəlxalq müşahidəçi: "Ən çox təsirləndiyim Dağlıq Qarabağdan olan seçicilərin iştirakı idi"

“Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk Qrupu, Avropa Şurasının müşahidə missiyası və beynəlxalq müşahidə missiyaları tərəfindən həll edilməlidir”.

KONKRET.az xəbər verir ki, bunu parlament seçkilərini izləmək üçün Azərbaycana səfər edən beynəlxalq müşahidəçi, Azad Almaniya Universitetinin dosenti, professor Matthias Dornfeldt bu gün keçirilən mətbuat konfransında deyib.

O, Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həll olunmasını arzu edir: “Bu məsələ beynəlxalq qurumlar tərəfindən həll edilməlidir. Çünki Dağlıq Qarabağ zonasında yaşamış insanlar öz vətənlərinə geri qayıtmaq istəyirlər”.

M.Dornfeldt Dağlıq Qarabağ zonası üzrə seçki məntəqəsində olduğunu da deyib: “Məni ən çox təsirləndirən seçki məntəqələrində Dağlıq Qarabağdan olan seçicilərin iştirak etməsi idi. Onlar bizə özlərinin keşməkeşli həyatlarını danışdılar”.

M.Dornfeldt Azərbaycanda 3-cü dəfə seçkiləri müşahidə etdiklərini də söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*