Biabırçı görüntülərin yayıldığı məktəbin adı məlum oldu – VİDEO + YENİLƏNİBbackend

Biabırçı görüntülərin yayıldığı məktəbin adı məlum oldu - VİDEO + YENİLƏNİB

Azərbaycanda şagirdlərin qeyri-etik hərəkətlər etdiyi məktəbin adı məlum olub.

KONKRET.az oxu.az-a istinadən bildirir ki, hadisə “İntellekt” məktəb-liseyində baş verib.

Məktəbdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, “İntellekt” məktəb-liseyində şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı məktəb rəhbərliyi tərəfindən müvafiq araşdırma aparılır və zəruri profilaktiki tədbirlər görülür.

***

12:00
Azərbaycanda məktəblərin birində şagirdlər qeyri-etik hərəkətlər ediblər. 

KONKRET.az xəbər verir ki,  bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Şagirdlər dərs prosesi zamanı müəllimin qarşısında rəqs edib, partaları aşırıb və idman hərəkətləri ediblər.

Çəkilən görüntülərin hansı məktəbə aid olması məlum deyil.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakının Xətai rayonu, 165 saylı tam orta məktəbdə şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışlar nümayiş etdiriblər.

Nəticədə dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət verilib, məktəbin direktor müavinləri ilə bağlı tənbeh tədbirləri görülməsi üçün isə təqdimat verilib.

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Oxu.Az (@oxuaz)

  • Vuqar
    Yanvar 28, 2022 - 19:18

    Təhsildə Avropa üsuludur bu.demirdiz ki Avropaya inteqrasiya ??o da bele olur.xarici filmlere baxın.sagird uzanıb da derse.qulaq asa bilər.yemek yeyə yeyə də dersi dinləyə bilər.

Vuqar üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*