Arvadını döydü, söhbətə gələn qayınatasını da öldürdü: “Məni telefonda təhdid etdi”backend

Arvadını döydü, söhbətə gələn qayınatasını da öldürdü: “Məni telefonda təhdid etdi”

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Qayınatasını qətlə yetirməkdə təqsirləndirilən Nurulla Mərdanovun cinayət işi üzrə məhkəmə araşdırmasının detalları məlum olub.

KONKRET.az xəbər verir ki, pravda.az-ın əldə etdiyi məlumata görə, prosesdə ittiham aktı elan olunub.

İttihama görə, hadisə 12 iyul 2025-ci il tarixdə gecə saat 01 radələrində təqsirləndirilən şəxsin yaşadığı Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən mənzildə başlayıb.

Belə ki, arvadı tərəfindən xəyanətdə günahlandırılması zəminində yaranmış ailədaxili mübahisə zamanı Nurulla Mərdanov qadına zor tətbiq edib, onun sağ bazu nahiyəsində qançırlar və alın nahiyəsində səthi yara kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirib.

Baş verənlərdən xəbər tutan həyat yoldaşının atası, zərərçəkmiş Arif Bağıyev məsələni aydınlaşdırmaq məqsədilə həmin gecə, saat 03 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon, Heydər Əliyev prospektində yerləşən əraziyə gələrək təqsirləndirilən şəxslə görüşüb. Görüş zamanı tərəflər arasında mübahisə daha da kəskinləşib.

İttihamda göstərilir ki, Nurulla qayınatasının müdaxiləsini qəbul etməyərək əvvəlcə ona qarşı fiziki zor tətbiq edib, sinə nahiyəsindən təpiklə bir neçə dəfə zərbə endirib. Daha sonra isə üzərində gəzdirdiyi mətbəx bıçağından istifadə edərək zərərçəkmiş şəxsə xüsusi amansızlıqla hücum edib.

Belə ki, o, Arif Bağıyev döş qəfəsinin müxtəlif nahiyələrinə iki dəfə bıçaq zərbəsi endirib. Zərbələr nəticəsində zərərçəkmiş şəxsin hər iki ağciyəri, ürəyin sağ qulaqcığı və sol mədəciyi zədələnib. Nəticədə baş verən güclü daxili qanaxma səbəbindən zərərçəkmiş şəxs hadisə yerində həyatını itirib.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmə iclasında ifadə verən Nurulla Mərdanov isə özünü ittiham üzrə təqsirli bilmədiyini deyib. O, hadisənin təfərrüatlarını tam xatırlamadığını, yalnız mərhuma bir bıçaq zərbəsi endirdiyini yadında saxladığını qeyd edib.

Nurulla Mərdanovun sözlərinə görə, zərərçəkmiş şəxs əvvəlcədən onu telefon vasitəsilə təhdid edib və hadisə zamanı da arxadan hücum edib. Təqsirləndirilən şəxs bildirib ki, üzərində bıçaq gəzdirməsinin səbəbi də məhz bu ehtiyatla bağlı olub.

O, həmçinin qeyd edib ki, hadisə baş verən zaman orada digər şəxsləri görməyib, yalnız Arif Bağıyevin olduğunu xatırlayır. Təqsirləndirilən şəxs ifadəsində ilkin istintaq zamanı verdiyi izahatların düzgün olduğunu təsdiqləsə də, ikinci bıçaq zərbəsini vurduğunu xatırlamadığını söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*