Məhkəmə 7 il əvvəl arvadını öldürən şəxslə bağlı qərar çıxardıbackend

Məhkəmə 7 il əvvəl arvadını öldürən şəxslə bağlı qərar çıxardı

Ali Məhkəmədə Masallıda arvadını öldürməkdə təqsirləndirilən Nicat Şəbiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Qeyd: Qətl hadisəsi 2019-cu ilin aprel ayında Masallı rayonu ərazisində baş verib. Rayon sakini, 1974-cü il təvəllüdlü Nicat Şəbiyev həyat yoldaşı, 1984-cü il təvəllüdlü Günay Şəbiyevanı ailə-məişət münaqişəsi zəminində bıçaqlayaraq qətlə yetirib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 12 il azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə Nicat Şəbiyevin apellyasiya şikayəti təmin edilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*