Biləsuvarın sabiq icra başçısı BU İTTİHAMLARLA TUTULUBbackend

Biləsuvarın sabiq icra başçısı BU İTTİHAMLARLA TUTULUB

Ötən gün Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilən Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyevə qarşı istintaq orqanı tərəfindən hansı ittihamların irəli sürüldüyü məlum olub.

KONKRET.az xəbər verir ki, keçmiş başçı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma və mənimsəmə faktlarında təqsirli bilinib.

Qeyd edək ki, M.Quliyev Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*