Bill Qeytsdən dörd MƏSLƏHƏT:  Həyatda uğura nail olmaq üçün bunları edinbackend

Bill Qeytsdən dörd MƏSLƏHƏT: Həyatda uğura nail olmaq üçün bunları edin

“Microsoft” texnologiya şirkətinin həmtəsisçisi, amerikalı milyarder Bill Qeyts insanlara həyatda şəxsi uğur əldə etmək üçün dörd məsləhət verib.

KONKRET.az xəbər verir ki, bu barədə “İnc” nəşri məlumat yayıb.

İş adamı hesab edir ki, özünü başqaları ilə müqayisə etmək gələcək inkişaf üçün tələdir.

Onun sözlərinə görə, bu, özünə şübhə və lazımsız narahatlığa səbəb olur.

Qeytsin ikinci tövsiyəsi səhvləri qiymətləndirmək və onlardan dərs almaqdır:

“Uğuru qeyd etmək gözəldir, amma uğursuzluqdan dərs almaq daha vacibdir”.

Milyarderin sözlərinə görə, uğur çox vaxt “hər şey və ya heç nə” kateqoriyasında qəbul edilir və bu, uğursuzluq qorxusu yaradır.

Qeyts həmçinin tövsiyə edib ki, insan öz həyatı üçün məsuliyyət daşımalıdır:

“Əgər kasıb doğulmusansa, bu sənin günahın deyil. Amma kasıb ölürsənsə, bu sənin günahındı”.

Milyarder dördüncü məsləhətində özündənrazılıq hissləri ilə mübarizə aparmağın vacibliyi qeyd edir.

“Uğur pis müəllimdir. Ağıllı insanları itirə bilməyəcəklərini düşünməyə sövq edir”, – “Microsoft”un həmtəsisçisi deyib.

Onun fikrincə, bu hiss özündən razılığa, yeni şeylər sınamaq və daha da inkişaf etməyin qarşısını alır.

Bununla mübarizə aparmaq üçün insan riskli qərarlar qəbul etməkdən çəkinməməlidir.

Beləliklə, təvazökar olun, başqalarının məsləhətlərini dinləyin və davamlı olaraq onlardan öyrənin. Bu, uğura aparan yolda yaxşı strategiyadır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*