Pensiya ilə bağlı milyonları maraqlandıran təklif: Hansı yeniliklər olacaq?backend

Pensiya ilə bağlı milyonları maraqlandıran təklif: Hansı yeniliklər olacaq?

Bir sıra ölkələrdə vətəndaşlar pensiya yaşına çatmadan fərdi pensiya hesablarında topladıqları vəsaitdən müəyyən məqsədlər üçün istifadə edə bilirlər. Bu vəsaitlər əsasən ilk mənzilin alınması, biznesin qurulması və ya digər sosial ehtiyacların qarşılanmasına yönəldilir.

Bəs Azərbaycanda da pensiya kapitalının vaxtından əvvəl istifadəsinə imkan yaradan mexanizmin tətbiqi mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, belə bir mexanizmin tətbiqi vətəndaşların sosial rifahının yaxşılaşdırılması baxımından mühüm addım ola bilər.

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd olub

Onun sözlərinə görə, pensiya kapitalından vaxtından əvvəl istifadə imkanının yaradılması insanların həyat şəraitinin yaxşılaşmasına xidmət edər:

“Əslində bu, vətəndaşlar üçün asanlaşdırıcı mexanizmlərdən biridir. Vətəndaşın sosial və maddi vəziyyətinin yaxşılaşdırılması baxımından vacib addımdır. Hesab edirəm ki, gələcəkdə Azərbaycanda da belə bir model nəzərdən keçirilə bilər. Bu, xüsusilə aztəminatlı insanların problemlərinin həllinə müsbət təsir göstərəcək. Ümid edirəm ki, gələcəkdə bu mexanizmin tətbiqi mümkün olacaq.”

F.Mustafa hesab edir ki, belə bir yanaşma tətbiq ediləcəyi təqdirdə həm vətəndaşların maliyyə imkanlarının genişlənməsinə, həm də sosial rifahın yüksəlməsinə töhfə verə bilər. Bununla yanaşı, mexanizmin tətbiqi zamanı pensiya sisteminin maliyyə dayanıqlığının qorunması və istifadənin konkret qaydalarla tənzimlənməsi də əsas şərtlərdən biri olmalıdır.

Aynurə İsmayıl

KONKRET.az

  • İradə
    İyul 2, 2026 - 16:27

    Pensiyalar niyə ayın əvvəli verilmir Onda banklardan da tələb olunsun ki kreditin vaxtını ayın 14 nə kimi uzatsınlar Pensiyaçıların böyük qismi kreditlə dolanır Niyə biz çörək pulumuzu faizə verməliyik Verilən pensiya yeməyə güclə çatır Hələ üstəlik faiz də verək Əvvəllər ayın 10 kimi alırdıq Nə oldu indi keçirtdilər ayın ortasına Siz başa düşürsünüz ki dolanmaq olmur Ayın əvvəli niyə verilmir ki camaat öz işini bilsin bir birinin üstünə borca getməsin

  • Məmmədov
    İyul 3, 2026 - 22:35

    Heçdə yaxşı bir şeydən danışırsız Bu qara camahtı düşünən yoxdu Bu millətə niyə bir gün ağlamırsız

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*