Kamçatkada vulkan 9 kilometr hündürlüyə kül püskürdübackend

Kamçatkada vulkan 9 kilometr hündürlüyə kül püskürdü

Kamçatkadakı Şiveluç vulkanı dəniz səviyyəsindən 9 kilometr hündürlüyə qədər kül püskürüb.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin Kamçatka diyarı üzrə Baş İdarəsindən bildirilib.

“Şiveluç vulkanından kül püskürüb”, – məlumatda qeyd edilib.

Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialından bildirilib ki, Şiveluç vulkanının hündürlüyü 3 283 metr olduğu halda, vulkandan 9 kilometrə hündürlüyə qədər kül püskürməsi qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*