Biri 300, digəri 266 bal topladı – Əkiz bacılarla bağlı maraqlı faktlarbackend

Biri 300, digəri 266 bal topladı - Əkiz bacılarla bağlı maraqlı faktlar

Martın 15-də keçirilən buraxılış imtahanlarında əkiz bacılar – Burlaxatun və Banu Məcidli yüksək nəticə göstəriblər.  

KONKRET.az xəbər verir ki, Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseydə təhsil alan bacılardan Burlaxatun 300, Banu isə 266.7 bal toplayıb.

Burlaxatun Məcidli təəssüratlarını “Yeni Sabah”a bölüşüb.

O bildirib ki, imtahanda yüksək nəticə əldə edəcəyinə əvvəldən ümidli olub:

“İmtahandan sonra cavablarımı meyarlara əsasən yoxlamışdım və yüksək nəticə gözləyirdim. İmtahana müəllimlərimin verdiyi tapşırıqları yerinə yetirərək hazırlaşmışam. Uğuruma görə ailəmə və müəllimlərimə təşəkkür edirəm”.

Burlaxatun hələlik universitet seçimi ilə bağlı qərar verməyib, amma memarlıq ixtisası üzrə oxumağın xəyalını qurur:

“Universitetə hazırlaşanlara tövsiyə edirəm ki, hər kəs öz məqsədi üçün məsuliyyətlə çalışsa, istədiyinə nail ola bilər”.

Burlaxatun qeyd edib ki, bacısı Banu özündən fərqli olaraq hüquq sahəsi üzrə təhsil almaq istəyir. Onun seçimi və məqsədi Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olmaqdır:

“Hər ikimiz hazırlıqlara getmişik, eyni formada hazırlaşmışıq. Bacım və mən növbəti imtahandan da yüksək nəticə gözləyirik və bunun üçün var gücümüzlə çalışırıq. Əvvəllər də müxtəlif bilik yarışları və olimpiadalarda iştirak etmişik. Lakin ən böyük uğurumuz buraxılış imtahanında qazandığımız nəticədir”.

Qeyd edək ki, Burlaxatunun bacısı Banu Məcidli də yüksək nəticə göstərərək 266.7 bal toplayıb.

Xatırladaq ki, martın 15-i tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilmiş imtahan iştirakçıları arasında 9 nəfər, Bakı şəhəri, 18 saylı orta məktəbdən Zərbəliyeva Zəhra Polad qızı, Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseydən Həsənli Bəxtiyar Vüqar oğlu və Vəlizadə Rafiq Ramil oğlu, Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyadan Tağızadə Samir Hikmət oğlu, Qusar rayonu, Yuxarı Zeyxur kənd orta məktəbi Qayıbova Emiliya Vitalik qızı, Mingəçevir şəhəri, Şəhər təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseydən Məcidli Burlaxatun Bəhruz qızı, Sumqayıt şəhəri, 17 saylı orta məktəbdən Əsgərov Əli Mübariz oğlu, Bakı şəhəri, Humanitar fənlər təmayüllü məktəb-liseydən Məmmədli Nəslihan Ruhin qızı, Bakı şəhəri, Humanitar fənlər təmayüllü məktəb-liseydən Xammədova Zəhra Xamməd qızı sözügedən imtahanda 300 bal toplamaqla maksimum nəticə göstərib./yenisabah

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*