“Biz dəhlizləri və sərhədləri açırıq, bəs bunun əvəzində nə alacağıq?” – Hovhannisyan SƏRSƏMLƏDİbackend

"Biz dəhlizləri və sərhədləri açırıq, bəs bunun əvəzində nə alacağıq?" – Hovhannisyan SƏRSƏMLƏDİ

“Moskva dəhlizləri sövdələşmə yolu ilə açır. Görünür, biz bunu heç bir milli maraq güdmədən edirik”.

KONKRET.az xəbər verir ki, bu barədə erməni analitik Samvel Hovhannisyan fikir səsləndirib.

“Rusiya diktatoru Putin elə edib ki, işğal olunmuş Ukraynanın cənubundakı anbarlarda saxlanılan taxıl alıcılarına çata bilmir. Aralıq dənizi, Yaxın Şərq və Afrikanın bir sıra ölkələri yüz minlərlə ton taxıl gözləyir. Əgər taxıl bu ölkələrə çatmasa, orada aclıq başlaya bilər. Bu isə inkişaf etməkdə olan ölkələrdə iqtisadi qeyri-sabitliyə, iğtişaşlara, üsyanlara, radikalizm və ekstremizmin artmasına, vətəndaş müharibələrinə, böyük ehtimalla yenidən Avropaya daxil olmağa çalışacaq qaçqınlarla bağlı problemlərin çoxalmasına  gətirib çıxaracaq” “qoca qitə”nin özündə isə qiymətlər yüksəlir, kontinental valyuta olan avro ucuzlaşır” – erməni analitik vurğulayıb.

Daha sonra müəllif regiondakı proseslərdən bəhs edərək, Zəngəzur dəhlizi ilə bağlı məsələni öz erməni xislətinə uyğun şəkildə şərh edib:

“Ermənistan Azərbaycan və Türkiyə üçün Zəngəzur dəhlizini açmasa, “dəmir yumruq”la hədələnir. Bundan əlavə, iyulun 1-də Rubinyan və Kılıçın rəhbərliyi ilə Vyana danışıqlarının nəticələrinə görə İrəvan faktiki olaraq Ermənistan-Türkiyə sərhədinin açılmasına razılıq verib. Amma bu proses hələlik üçüncü ölkə vətəndaşları üçün nəzərdə tutulub. Bununla belə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan artıq bəyan edib ki, “münasibətlərin normallaşması üçün hər iki ölkənin vətəndaşlarına sərhədlərin açılması labüddür”. Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan isə hətta razılaşmaların sürətlə həyata keçirilməsinin vacibliyini bəyan edib. Bəzi məlumatlara görə, Türkiyənin İbiş kəndi yaxınlığındakı nəzarət-buraxılış məntəqəsi ərazisində minalardan təmizləmə prosesinə artıq başlanılıb” – Samvel Hovhannisyan vurğulayıb.

“Moskva və Qərb və dəhlizlərin açılması prosesini dəstəkləyir. Bəs bu dəhlizlərdən kim faydalanacaq? Dəhlizlərin açılmasının müqabilində bizə nə verəcəklər? Türkiyə ilə sərhədin açılmasına həqiqətən ehtiyacımız varmı? Biz 30 il birtəhər sərhədlərin bağlı olması şəraitində yaşamışıq. Gələcəkdə sərhədin açılması bazarımızın Türkiyə məhsulları ilə zəbt olunacağı deməkdir. Mənim üçün bir türk turistin Ermənistana gəlməsi, Sevanda (Göycə gölü) üzməsi və Tateverə minməsi türk pomidorları olan bir yük maşınının gəlməsindən daha yaxşıdır. Türklərin milli bazarlara necə hakim ola bildiyini, keçmiş Yuqoslaviya ölkələrinin timsalında görmək mümkündür. Azərbaycan, Türkiyə və onların tərəfdaşları üçün bazarlarımızı açdığımız üçün bizə nə verəcəklər? Ola bilər ki, əvəzində Azərbaycandan Rusiyaya transit əlaqəsi əldə edək. Yenə də heç kim təhlükəsizliyə zəmanət vermir. Odur ki, dəhlizi açsaq, bunun müqabilində nə alacağımızı düşünməliyik” – erməni analitik öz daxili xislətini bu fikirlərində əks etdirib.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*