“Biz Rusiya Federasiyasının təqdim etdiyi təklifləri məqbul hesab edirik”.
KONKRET.az xəbər verir ki, bunu Qarabağ separatçısı, “Azad vətən” fraksiyasının rəhbəri Artur Arutyunyan deyib.
“Qarabağ tarix boyu öz milli kimliyini qorumaq və yaşamaq üçün əsrlər boyu mübarizə aparıb. Və bu müddət ərzində onun həm uğurları, həm də təəssüf ki, uğursuzluqları olub. Bu gün də problemlərlə üzləşirik.
Qarabağ xalqı daim öz ədalətli tələblərini beynəlxalq ictimaiyyətə çatdırmağa çalışırdı. Lakin təəssüf ki, müxtəlif subyektiv səbəblərdən bu, onlar tərəfindən eşidilmir. Və yalnız qəhrəmanlarımızın qanı bahasına biz Qarabağı ermənininki saxlaya bildik”, – deyə Arutyunyan cəfəngiyat söyləyib.
Xuraman Etibarlı,
KONKRET.az

Bəs bizim guya 60-dan artıq partiyalarımız harda yatır? Niyə demirlər ki,bəs niyə Ermənistanda bir nəfər azərbaycanlı yoxdur.Hani bizim Ermənistandan qaçqın düşənlərin mübarizəsi?