“Biz təzyiq göstərməyə davam edəcəyik” – Rusiyadan titanın idxalına məhdudiyyət qoyula bilərbackend

"Biz təzyiq göstərməyə davam edəcəyik” - Rusiyadan titanın idxalına məhdudiyyət qoyula bilər

“Rusiyadan titan idxalı məhdudlaşdırılsın!”.

KONKRET.az xəbər verir ki, bu təkliflə Britaniya parlamentinin İcmalar Palatasının üzvü Dryu Hendri çıxış edib.

Deputat Biznes və Ticarət üzrə Dövlət Katibi Kemi Badenoka soğru göndərib.

Bu sualı cavablandıran parlamentin dövlət katibinin sənaye və iqtisadi təhlükəsizlik üzrə müavini Alan Mak deyib ki, metallar neft və qazdan sonra Rusiyanın ən böyük ixrac əmtəəsidir.

“Böyük yeddilik qarşısında götürdüyü öhdəlikləri yerinə yetirən Böyük Britaniya hökuməti Rusiya metallarının Böyük Britaniyaya idxalını məhdudlaşdırmaq üçün səylərə rəhbərlik edir. Keçən dekabrda biz mis, alüminium və nikel də daxil olmaqla bir sıra əsas metallara əlavə məhdudiyyətlər tətbiq etdik. Bu, dəmir və polad da daxil olmaqla məhsullara qarşı mövcud sanksiyaları gücləndirdi. Biz təzyiq göstərməyə davam edəcəyik”, – deyə Mak bildirib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*