“Bizi öldürdüyünüz üçün sizə “təşəkkür edirəm”” – Mitropolit Longin + VİDEObackend

"Bizi öldürdüyünüz üçün sizə "təşəkkür edirəm"" - Mitropolit Longin + VİDEO

“Bizi öldürdüyünüz üçün sizə “təşəkkür edirəm””.

KONKRET.az xəbər verir ki, Moskva Patriarxlığının Ukrayna Pravoslav Kilsəsinin mitropoliti Longin (Mixail Jar) Patriarx Kirilə (Vladimir Qundyaev) müraciət edib. O, UPK MP-nin məbədlərinin vəhşicəsinə atəşə tutulmasına və ukraynalıların qətliamlarına xeyir-dua verilməsinə sərt reaksiya verib.

Video internetdə yayılıb.

Xeyir-duanız üçün “təşəkkür edirəm”. Çünki insanlar ölür, qan tökülür. Çünki siz bizim kilsə və monastırlarımızı bombalayırsınız. Çünki rahiblərimiz və keşişlərimiz ölür. Qan tökülməsinə “böyük və vacib” xeyir-dua verdiyiniz üçün sizə, müqəddəs həzrətlərinə təşəkkür edirəm”, – Longin Kirilə müraciət edərək deyib.

Mitropolit dindarlara da müraciət edərək bildirib ki, UPK MP-nin ukraynalı keşişləri müharibənin bitməsi üçün ona xeyir-dua vermək deyil, diz çökərək dua etsinlər. O, günahkarların Allah tərəfindən cəzalandırılacağına söz verib.

“Bu tökülən qana, anaların göz yaşlarına, yetim qalan uşaqlara görə kimsə cavabdeh olacaq. Siz cavabdeh olacaqsınız, müharibəyə, qan tökənlərə xeyir-dua verənlər. Başa düşün, hər bir ananın göz yaşına, hər təzə məzara görə Allah və xalq qarşısında cavab verəcəksiniz… Allah qarşısında cavab verəcəksiniz. Bunun üçün bağışlanma yoxdur. Bütün Ukrayna pravoslav dünyasını incitdiniz. Bizə böyük əzab verdiniz. Özünüzə bəraət axtarmayın”,- deyə o əlavə edib.

 

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*