backend

Blinken Cənubi Qafqazda sülhə nail olmağın yeganə yolunu AÇIQLADI

“Cənubi Qafqazda sülhün yeganə yolu diplomatiyadır”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken deyib. O, Vaşinqtonun İrəvanla Bakı arasında münasibətlərin nizamlanmasına yardım etməyə hazır olduğunu təsdiqləyib: “Cənubi Qafqazda sülhün yeganə yolu diplomatiyadır. Bu gün mən Ermənistan və Azərbaycan arasında davamlı sülhə nail olunmasına kömək etmək öhdəliyini təsdiqləmək üçün Paşinyanla danışdım”, – Blinken vurğulayıb.

Qeyd edək ki, Ermənistan hökumətinin mətbuat xidməti Paşinyan və Blinkenin Laçın dəhlizindəki vəziyyəti də müzakirə etdiyini açıqlayıb. Eyni zamanda Paşinyan və Blinken Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*