Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel dövlət katibi Entoni Blinkenin Kiyevə mümkün səfəri ilə bağlı məlumatı təsdiqləməyib.
KONKRET.az xəbər verir ki, o, brifinqdə Blinkenin sentyabrın 6-da Ukrayna paytaxtına səfər edəcəyi ilə bağlı mətbuatda yayılan iddialara münasibət bildirərək, “Mənim hər hansı rəsmi səfərlə bağlı heç bir məlumatım yoxdur” deyib.
Qeyd edək ki, “Zerkalo nedeli” nəşri diplomatik mənbələrə istinadən dövlət katibinin Kiyevə gedəcəyini bildirmişdi.
20:51
ABŞ dövlət katibi Entoni Blinken sentyabrın 6-da Kiyevə səfər edəcə.
KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın “Zerkalo Nedeli” nəşri diplomatik mənbələrə istinadən məlumat yayıb.
“ABŞ-ın dövlət katibi Entoni Blinken sabah Kiyevə səfər edəcək”, – deyə qeyd olunub.
Dövlət katibinin səfərinin təfərrüatları açıqlanmayıb.
