Avropa yeraltı qaz anbarlarının yavaş doldurulması səbəbindən qarşıdakı qış mövsümündə qaz və elektrik enerjisi qiymətlərinin artması riski ilə üzləşə bilər.
KONKRET.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. Məlumatına görə, Avropalı treyderlər bahar aylarında Yaxın Şərqdəki vəziyyətin nizamlanmasından sonra qiymətlərin aşağı düşəcəyinə ümid edərək qaz alışlarını təxirə salıblar.
Lakin döyüş əməliyyatları yenidən başlayıb, qaz qiymətləri yenidən artıb, Asiya ölkələri isə əlçatan olan LNG partiyalarını aktiv şəkildə almağa başlayıblar.
Bloomberg qeyd edir ki, AB, ehtimal ki, ehtiyatları tələb olunan səviyyəyə qədər doldura biləcək, lakin bunu daha yüksək qiymətə etmək məcburiyyətində qalacaq, bu isə ev təsərrüfatlarının və sənayenin xərclərinin artmasına səbəb ola bilər.
Bundan əlavə, Avropa ölkələrinin hökumətlərinin qaz alışı prosesinə müdaxiləsi istisna edilmir, bu da dünya bazarında rəqabəti gücləndirə bilər.
Rəsmiyyə Şərifova,
KONKRET.az
