ABŞ-ın BMT-yə ümumi borcu 2,8 milyard dollardır.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin daimi nümayəndəsinin müavini Fərhan Haq açıqlama verib: “ABŞ-nin BMT-nin əsas büdcəsinə borcu 1,5 milyard dollardır. Əsas büdcəni, sülhməramlı missiyaların və tribunalların büdcəsini nəzərə alsaq, ümumi məbləğ 2,8 milyard dollar təşkil edir”, – deyə Haq bildirib.
Vəli Həsənoğlu,
KONKRET.az