Azan səsinə görə təyyarə təcili eniş etdibackend

Azan səsinə görə təyyarə təcili eniş etdi

ABŞ-nin “Southwest Airlines” aviaşirkətinə məxsus Neşvil-Fort Loderdeyl reysini həyata keçirən sərnişin təyyarəsi müsəlman sərnişinin telefonunda çalınan azan səsi səbəbindən təhlükəsizlik məqsədilə Atlanta hava limanına təcili eniş edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bəzi sərnişinlər azan səsini təhlükə siqnalı kimi qiymətləndirərək ekipaja məlumat veriblər. Bundan sonra təyyarə ehtiyat tədbiri olaraq marşrutunu dəyişib. Təyyarəyə daxil olan silahlı təhlükəsizlik əməkdaşları həmin sərnişini yoxlama üçün təyyarədən endiriblər.

Hadisədən sonra FTB və yerli hüquq-mühafizə orqanlarının apardığı araşdırma zamanı heç bir təhlükəsizlik riski aşkarlanmayıb və sərnişinə qarşı ittiham irəli sürülməyib.

“Southwest Airlines” baş verənlərin yanlış anlaşılmadan qaynaqlandığını bildirərək sərnişinlərdən üzr istəyib./unikal

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*