Türkiyəyə gedən turistlər üçün gözlənilməz QƏRARbackend

Türkiyəyə gedən turistlər üçün gözlənilməz QƏRAR 

Rusiyadan Türkiyəyə səfər edən turistlər lisenziyalı valyutadəyişmə məntəqələrində rublu heç bir problem olmadan türk lirəsinə və ya digər valyutalara dəyişə bilirlər.

KONKRET.az xəbər verir ki, bu barədə TASS agentliyinə Türkiyənin Səlahiyyətli Müəssisələr və Valyutadəyişmə Məntəqələri Assosiasiyasının sədri Serdar Yerlioğlu məlumat verib.

Onun sözlərinə görə, xüsusilə kurort bölgələrində fəaliyyət göstərən valyutadəyişmə məntəqələri rublu sərbəst qəbul edir və prosedur dollar və ya avronun dəyişdirilməsindən fərqlənmir. Yerlioğlu bildirib ki, bir çox rusiyalı turist bu imkandan ya xəbərsizdir, ya da əsassız narahatlıq keçirir.

O qeyd edib ki, söhbət yalnız lisenziyalı valyutadəyişmə məntəqələrindən gedir. Banklarda isə rublun dəyişdirilməsi mümkün olmaya bilər, çünki maliyyə qurumlarının xarici valyutalarla bağlı ayrıca qaydaları mövcuddur.

Antalya, İzmir və İstanbuldakı bir neçə valyutadəyişmə məntəqəsinin nümayəndələri də bildiriblər ki, əksər məntəqələr rublu cari məzənnə ilə qəbul edir. Bununla belə, bəzi məntəqələr rubl ilə işləmədiyi üçün istisna hallar mümkündür.

Serdar Yerlioğlu əlavə edib ki, Türkiyə qanunvericiliyində nağd rublun dəyişdirilməsi ilə bağlı məbləğ məhdudiyyəti yoxdur.

Lakin əməliyyatın məbləği 185 min türk lirəsini (təxminən 4 min ABŞ dolları) keçərsə, müştəri şəxsiyyətini təsdiq edən sənəd, turistlər üçün isə pasport təqdim etməlidir. Bu tələb iri məbləğli valyuta əməliyyatlarının sənədləşdirilməsi ilə bağlı qanunvericilikdən irəli gəlir.

Günay Əli
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*