İran ABŞ ilə imzalanmış qarşılıqlı anlaşma memorandumu çərçivəsində üzərinə götürdüyü öhdəliklərin icrasını dayandırıb.
KONKRET.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib.
Onun sözlərinə görə, hazırkı şəraitdə Tehran memorandumun müddəalarını həyata keçirmir.
“Biz öz öhdəliklərimizin icrasını dayandırmışıq. Hazırda onları yerinə yetirmirik və əsas diqqətimizi ölkənin müdafiəsinə yönəltmişik”, – deyə Qəribabadi bildirib.
Qeyd edək ki, İran və ABŞ arasında münaqişənin tənzimlənməsinə dair memorandum 18 iyun 2026-cı ildə imzalanmışdı. Lakin iyulun 8-də ABŞ ordusunun Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab bəhanəsi ilə İran ərazisinə zərbələr endirməsindən sonra tərəflər arasında gərginlik yenidən artıb. ABŞ Prezidenti Donald Tramp atəşkəsin başa çatdığını açıqlayıb. Buna cavab olaraq İran ABŞ-ın Bəhreyn, Qətər, Küveyt, BƏƏ, İordaniya və Omandakı hərbi obyektlərinə zərbələr endirməyə başlayıb.
Günay Əli
KONKRET.az
