Hazırda planetdə deqradasiyaya uğramış torpaqların payı 40 faizə çatır. Bu vəziyyət qida istehsalını təhlükə altına qoyur, biomüxtəlifliyi təhdid edir və iqlim böhranını daha da gücləndirir.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş Ümumdünya Səhralaşma və Quraqlıqla Mübarizə Günü münasibətilə keçirilən tədbirdə deyib.
“Biz torpaqsız yaşaya bilmərik, amma onunla palçıq kimi davranırıq. Qeyri-sabit əkinçilik eroziyaya uğramış torpağın təbii proseslər çərçivəsində bərpasını ləngidir”, – deyə Quterreş bildirib.
BMT rəhbərinin sözlərinə görə, ən pisi odur ki, mövcud vəziyyət qadınlara və qızlara təsir edir. Zəif torpaq idarəçiliyi nəticəsində onlar məcburi miqrasiya ilə üzləşirlər:
“Bir çox ölkələrdə qanunlar qadınların torpaq sahibi olmasına mane olur. Torpaq üzərində bərabər hüquqlar həm torpağın qorunmasına, həm də gender bərabərliyinə töhfə verir”.
O qeyd edib ki, 2030-cu ilə qədər torpağın deqradasiyasını dayandırmaq üçün birlikdə çalışmalıyıq.
İqbal Rzayev,
KONKRET.az
