Özəl klinikalarda yoxlama: 14 tibb müəssisəsi cərimələndibackend

Özəl klinikalarda yoxlama: 14 tibb müəssisəsi cərimələndi

Bu ilin 6 ayında Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 182 özəl tibb müəssisəsi və fiziki şəxs barədə yoxlama aparılıb.

KONKRET.az xəbər verir ki, bu barədə AEM-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, stomatologiya sahəsi üzrə 56 müəssisə və fiziki şəxsə dair inzibati tənbeh tədbiri görülərək aidiyyəti üzrə protokollar tərtib edilib.

Eyni zamanda ötən ay 14 klinika müəyyən edilmiş pozuntulara görə cərimələnib.

Plastik cərrahiyyə sahəsində 2 protokol tərtib olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*