BMT Təhlükəsizlik Şurası İrana görə toplanırbackend

BMT Təhlükəsizlik Şurası İrana görə toplanır

Bu gün axşam saatlarında İranın Suriyadakı konsulluğuna endirilən hava hücumu ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki nümayəndəsinin birinci müavini Dmitri Polyanski “Teleqram”-da yazıb.

O bildirib ki, toplantının keçirilməsi təşəbbüsünü İranla yanaşı Rusiya Federasiyası da dəstəkləyib.

Xatırladaq ki, dünən axşam saatlarında İranın Dəməşqdəki konsulluğuna hücum nəticısində bina tamamilə dağılıb, iki iranlı general və SEPAH-ın beş zabiti həlak olub.

İranın BMT-dəki daimi nümayəndəliyi Təhlükəsizlik Şurasını İsrailin zərbəsini pisləməyə çağırıb.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*