Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası İsrailin İranın Suriyadakı konsulluğuna təşkil etdiyi hücumu müzakirə edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, iclas Rusiyanın və Çinin təşəbbüsü ilə baş tutub.
Təhlükəsizlik Şurasının demək olar ki, əksər üzvləri diplomatik qurumlara hücumların əsassız olması fikri ilə razılaşıblar. Bunu Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının kobud şəkildə pozulması kimi qiymətləndiriblər.
Xatirə SADİQ,
KONKRET.az