Bu gün Qazaxıstanın Almatı şəhərində 29 məktəbə bomba qoyulması barədə Orda.kz saytının redaksiyasına məlumat daxil olub.
KONKRET.az xəbər verir ki, saytın müxbiri şəhər polis idarəsi ilə əlaqə saxlayıb.
Polisdən bildirilib ki, artıq bir neçə məktəbdə yoxlama aparılıb, məlumatın yalan olduğu üzə çıxıb. Hadisə ilə əlaqədar məktəbin şagirdləri təxliyə edilib.
Qeyd olunub ki, bəzi təhsil müəssisələrində dərslər ləğv edilib, bəzilərində isə təxirə salınıb.
İqbal Rzayev,
KONKRET.az
