Böyük Britaniyanın baş naziri 500 min mühacirə amnistiya verilməsini istəyibbackend

Böyük Britaniyanın baş naziri 500 min mühacirə amnistiya verilməsini istəyib  

Böyük Britaniyanın yeni baş naziri Boris Conson 500 min mühacirə amnistiya verilməsini dəstəklədiyini söyləyib.

AZƏRTAC xəbər verir ki, B.Conson bunu İcmalar Palatasında çıxışnda deyib. O, uzun illər İngiltərədə yaşayan və heç bir cinayət əməli törətməyən yarım milyon insanın bağışlanmasının vacibliyini bildirib. Conson Avstraliyadakı immiqrasiya sistemini nümunə gətirərək, İngiltərənin də bu sistemə keçməli olduğunu qeyd edib.

Qeyd edək ki, həmin sistem immiqrantlara yaşları, qabiliyyətləri, ingilis dilini bilmə səviyyəsi və iş təcrübəsi kimi xüsusiyyətlərinə görə müddətsiz yaşayış icazəsi verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*