BQXK-nin prezidentindən Bərdədə könüllünün ölümü ilə bağlı BƏYANATbackend

BQXK-nin prezidentindən Bərdədə könüllünün ölümü ilə bağlı BƏYANAT

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının prezidenti Françesko Rokka Bərdə şəhərinin Ermənistan tərəfindən atəşə tutulması nəticəsində könüllünün ölümü ilə bağlı bəyanat verib.

KONKRET.az xəbər verir ki, bəyanatda deyilir:

“Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüsünün Bərdə şəhərində dinc sakilərə humanitar yardım çatdırarkən həlak olması ilə əlaqədar dərindən sarsılmışam. Humanitar təşkilatlar hədəf deyil. Həlak olan şəxsin ailə üzvlərinə başsağlığımı bildirirəm”.

Qeyd edək ki, ötən gün Ermənistanın Bərdəyə raket hücumu nəticəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bir könüllüsü həlak olub, ikisi yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*