Braziliya kasıb insanlara PUL ÖDƏYƏCƏKbackend

Braziliya kasıb insanlara PUL ÖDƏYƏCƏK

Braziliya Amazon meşələrini xilas etmək üçün yoxsul ailələrə pul ödəyəcək.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, hökumət meşələrin mühafizəsi ilə məşğul olan aztəminatlı ailələr üçün sosial ödəniş proqramı həyata keçirəcək.

Məlumata görə, proqram ilkin olaraq Amazon cəngəlliklərini əhatə etsə də, gələcəkdə ölkənin digər təbii ərazilərinə də aid ediləcək.

Belə ki, Bolsa Verde (Yaşıl Çanta) adlı proqram çərçivəsində dünyanın ən böyük tropik meşəsi olan Amazonu xilas etmək üçün çalışan 30 min ailəyə ödənişlər ediləcək.

Qeyd olunub ki, oxşar təşəbbüs 2019-cu ildə təklif edilib, lakin Braziliyanın o vaxtkı prezidenti Jair Bolsonaro tərəfindən əngəllənib.

Məlumata görə, Amazon meşələri hər dəqiqə təxminən üç futbol meydançası böyüklüyündə ərazi itirir.

İnsanların ilk ödənişləri nə vaxt alacağı dəqiqləşdirilməyib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*