Braziliya klubundan “Qarabağ”a ikinci təklifbackend

Braziliya klubundan “Qarabağ”a ikinci təklif

Braziliyanın “Botafoqo” klubu “Qarabağ”ın dayaq yarımmüdafiəçisi Pedro Bikalyonu transfer etmək üçün ikinci rəsmi təklifini göndərib. 

KONKRET.az xəbər verir ki, bu barədə “Globo” nəşri məlumat yayıb.

Təklifin forması əvvəlki kimi satınalma bəndi ilə icarəyə götürməkdir. Rio-de-Janeyro klubu bu dəfə Azərbaycan təmsilçisinə ödəniləcək icarə haqqının məbləğini artırıb.

“Botafoqo” Pedro Bikalyo ilə hələlik maaş məsələsini müzakirə etməyib, lakin futbolçu ölkəsinə mümkün qayıdışı müsbət qarşılayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*