Təxminən bir ay sonra seçki keçirməyə hazırlaşan Braziliyada 2019-cu ildən ölkəyə rəhbərlik edən prezident Jair Bolsonaro və yaxınlarının qeyri-mütənasib bank hərəkətləri və hesabları araşdırılıb.
KONKRET.az xəbər verir ki, Braziliya mərkəzli media təşkilatı UOL-un 7 aylıq araşdırması nəticəsində ortaya çıxan cədvəldə Bolsonaronın 1990-2022-ci illər arasında Rio-de-Janeyro və Sao Pauloda ev və torpaq üçün böyük ödənişlər etdiyi ortaya çıxıb.
“Bolsonaro son 30 ildə 107 mülk alıb və onlardan ən azı 51-i üçün nağd pul ödəyib”, – UOL hesabatında deyilir. Media qurumu həmçinin yüzlərlə satıcı, daşınmaz əmlak mütəxəssisi və notariusdan müsahibə aldığını bildirib.//Unikal
