Böyük Britaniya İŞİD-in İraqda yezidilərə qarşı törətdiyi cinayətləri soyqırım kimi tanıyıb.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Britaniya hökumətinin bəyanatda deyilir.
“Bu gün biz yezidi xalqına qarşı soyqırım törədildiyini etiraf edərək tarixi bir addım atdıq”, – deyə Böyük Britaniyanın Xarici İşlər Nazirinin müavini Lord Tariq Əhməd bildirib.
Qeyd edək ki, bu ilin yanvarında Almaniya parlamenti yezidilərə qarşı cinayətlərin soyqırım kimi tanınmasına səs verib.
Yezidilər əsasən İraqın şimalında, İraq Kürdüstanında yaşayır. 2014-cü ildə onlar Sincar vilayətini ələ keçirən İŞİD tərəfindən amansız soyqırıma məruz qalıb. Bəzi məlumatlara görə, silahlılar 10 minə qədər yezidini öldürüb.
İqbal Rzayev,
KONKRET.az
