Böyük Britaniyanın 30 sakini iki il ərzində heç bir şərt olmadan aylıq 1600 funt sterlinq (3380,8 manat) alacaq.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, pilot layihə Jarrou və Finçlinin sakinləri üçün həyata keçiriləcək.
Belə ki, tədqiqatçılar ödənişlərin insanların psixi və fiziki sağlamlığına necə təsir edəcəyini görmək istəyirlər.
Qeyd olunub ki, iştirakçılar könüllülər arasından təsadüfi qaydada seçiləcək, yerlərin 20%-i əlillər üçün ayrılacaq.
Analoji layihə Uelsdə də həyata keçirilir. Orada iki il ərzində valideynlərini tərk edən bəzi gənclərə 1600 funt sterlinq ödənilir. Bu layihənin nəticələri eksperiment başa çatdıqdan sonra açıqlanacaq.
“Basic Income Conversation”ın həmtəsisçisi Kleo Qudman bildirib ki, dünyanın ən zəngin ölkələrindən birində heç kim yoxsulluqla üzləşməməlidir.
İqbal Rzayev,
KONKRET.az
