Əvvəlcə döşməsi çökmüş, ardından bir bolku uçmuşdu… Goranboyda ötən ilin noyabrında qəzalı vəziyyətə düşən 5 mərtəbəli, 60 mənzili bina sökülür. Cəfər Cabbarlı küçəsi 4-də yerləşən yaşayış binasının bərpası mümkün olmadığından adiyyəti qurumlar tərəfindən onun sökülməsinə qərar verilib.
Sakinlər də yeni binanın tikilməsini və onların istfadəsinə verilməsini səbirsizliklə gözləyirlər.
Sakinlər kirayə mənzillərə çıxarılmış və dövlət tərəfindən hər bir nənzil sahibinə 14 aylıq kirayə haqqı ödənilmişdi. Əşyaları binada qalan sakinlərə birdəfəlik maddi yardımlar da ödənilib. Qeyd edək ki, 7 ay öncə bloku çökən 5 mərtəbəli binanın yaxınlığında, Cəfər Cabbarlı 6 ünvanında yerləşən 2 mərtəbəli yaşayış binası da qəzalı vəziyyətdə olduğundan onun da sökülməsinə qərar verilib.
KONKRET.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
