“Rusiyanın baş naziri Mixail Mişustinin açıqlamaları fonunda Rusiyanın Azərbaycana dəstəyi açıq oldu. Söhbət ilk növbədə Zəngəzur dəhlizi layihəsindən gedir. Rəsmi Bakı əminliklə, “Ermənistan razı olsa da, olmasa da” bu layihənin həyata keçiriləcəyini dedi. Yəni Bakıda açıq şəkildə bəyan edirlər ki, Ermənistan ərazisindən keçən layihə hətta rəsmi İrəvanın razılığı olmadan da həyata keçirilə bilər”.
KONKRET.az xəbər verir ki, bu fikirlər erməni analitik Hraçya Qalustyanın məqaləsində yer alıb:
“Bəli, Kreml Türkiyə-Azərbaycan tandeminə nəinki göz yumur, hətta “strateji müttəfiqimiz” bütün bunları dəstəkləməyə hazırdır. Şübhə etmirəm ki, Bakı Mişustinin açıqlamalarından çox razı qalacaq. Üstəlik, o, Laçın dəhlizində baş verənlərdən konkret heç nə deməyib. Görünür, Rusiyada heç kim heç nə etmək fikrində deyil. Onlar Ukrayna ilə müharibəyə fokuslanıblar. Kreml yenə uçot dərəcəsini yüksəltmək üçün oynayır. “Ukrayna silahlı qüvvələrinə xarici tankların, o cümlədən “Alman bəbiri”nin tədarükü fonunda Rusiya nə cavab verə bilər ki? Aydındır ki, Rusiya nüvə zərbəsi endirməyə hazır olduğunu göstərməyə çalışır. Belə bir ehtimalı inkar edənlər sadəcə olaraq Rusiyanı və Putini başa düşmürlər. O, hər şeyi gözə alıb. Onun anlayışına görə, Rusiyanın dünya hökmranlığı uğrunda mübarizədə sadəcə olaraq uduzmağa haqqı yoxdur”, – erməni analitik vurğulayıb.
“Bəli, Putin ABŞ-ı dünya hegemonluğu taxtından sıxışdırıb çıxarmağı planlaşdırır. Bundan sonra bütün digər dövlətlərlə “məşğul olmaq” onun üçün çox asandır. Məsələn, Moldovadan başlaya bilər. Bu arada, Rusiya karbohidrogenlərinin rədd edilməsi ilə bağlı yaranmış enerji böhranı uzun müddət davam edəcək. Azərbaycan bundan fəal şəkildə yararlanır, mahiyyətcə Köhnə Dünyanın əsas enerji tərəfdaşı kimi Rusiyanı əvəz edir. Ötən ilin dekabrında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Cənubi Qafqazdan Avropaya enerji körpüsünün tikintisinə dair saziş imzalayıblar. Söhbət 1000 MVt gücündə və 1195 km uzunluğunda Qara Dəniz Enerji sualtı elektrik kabelinin çəkilməsindən gedir. Kabel Azərbaycanda hasil edilən yaşıl enerjinin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya çatdırılmasından, eləcə də Macarıstana və Avropanın qalan hissəsinə nəql olunmasından gedir. Maraqlıdır ki, bu layihənin icraiyyə komitəsinin ilk iclası fevralın 3-də Bakıda keçirilib. Amma Rusiya Azərbaycana təzyiq göstərmək əvəzinə, ona kömək edir. Bunu Ermənistanda hər kəs görür. Ona görə də, tez bir zamanda Rusiyadan uzaqlaşmaqda fayda var”, – deyə Qalustyan fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
