Metro xətlərinin ayrılması layihəsi ilə əlaqədar təşkil edilən M4 və M6 nömrəli ekspres avtobusların “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinə rahat və maneəsiz daxil olmasını təmin etmək məqsədilə metronun şimal çıxışında – “Atletlər kəndi” istiqamətində dəyişik edilib.
Bu barədə KONKRET.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, indiyədək ərazidə mövcud olan “cib” tipli dayanacaqlardan biri müntəzəm avtobusların, digər ikisi isə minik avtomobillərinin sərnişinləri mindirib-düşürməsi üçün istifadə olunurdu.
Hazırda ekspres avtobusların “Koroğlu” metrostansiyasının qarşısında rahat hərəkətinin təmin edilməsi məqsədilə 2-ci “cib” yalnız ekspres marşrutları üçün ayrılıb və həmin hissədə avtobus zolağı təşkil edilib.
