Parlamentin bu gün keçiriləcək plenar iclasında Baş prokurorla bağlı məsələyə baxılacaq.
KONKRET.az xəbər verir ki, Prezident İlham Əliyev “Baş Prokurorun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında” Milli Məclisə təqdimat göndərib.
Xatırladaq ki, Baş prokuror vəzifəsinə Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyi irəli sürülüb.
Qeyd edək ki, sözügdedən vəzifəni 25 aprel 2000-ci ildən Zakir Qaralov icra edirdi.
