Bu gün “Qarabağ”ın Çempionlar Liqası matçı varbackend

Bu gün “Qarabağ”ın Çempionlar Liqası matçı var

Bu gün ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ” yeni mövsümdə ilk matçına çıxacaq.

KONKRET.az xəbər verir ki, Qurban Qurbanovun komandası qitənin bir nömrəli yarışının 1-ci təsnifat mərhələsində Polşa “Lex”i ilə qarşılaşacaq.

“Köhlən atlar” “Lex”lə ilk matçını Polşada keçirəcək. Qarşılaşma 22:00-da start götürəcək.

Komandaların cavab matçı bir həftə sonra Bakıda baş tutacaq.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi, ilk oyun

5 iyul

22:00. Lex – Qarabağ
Hakimlər: Xose Luis Munuera, Pau Sebrian Devis, Antonio Ramon Martines Moreno, Xorxe Figeroa Vaskes (hamısı İspaniya).
Polşa, Poznan.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*