“Erməni cəmiyyəti özünə qondarma planet uydurub, ona ünvanlanan təhdidlərə əhəmiyyət vermədən orada yaşayır. Və heç nə dəyişməsə, o zaman orada öləcək”.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Alternativ Layihələr Qrupunun üzvü Vahe Ovannisyan deyib: “İnanılmazdır, amma həqiqətdir: Əliyevə Ermənistandan heç bir cavab verilmir. Bu gün faktiki olaraq ölkəmizi təhdid edən Azərbaycana qarşı dövlət adından ayağa qalxıb cavab verəcək adam yoxdur. Belə çıxır ki, dövlətimizin yaşamaq imkanları mövcud deyil? Özümüzə və bütün dünyaya göstərməliyik ki, Ermənistan və erməni xalqı təkcə Nikolun gücü ilə idarə olunmur”, – Ovannisyan vurğulayıb.
“İnsanları süni əsassızlıqdan çıxarmaqda kilsənin rolu əvəzsizdir: Buna sübut kimi erməni apostol kilsəsinin müharibədən sonrakı fəaliyyətini göstərmək olar. Digər mühüm resurs yeni siyasi formatlardır ki, onlar yeni partiyalar, hərəkatlar və ittifaqlar şəklində mövcud ola bilər. Dünyanın bölüşdürülməsindəki bu güc erməni xalqına yeni müharibə vəd edir. Amma üzərində iri hərflərlə “sülh” yazılan yeni sistem erməni xalqını aldatmağa meyllidir. Ermənistan və erməni xalqı üçün vəziyyətin sabitləşdirilməsi və müharibədən sonrakı bərpanın mümkünlüyü həyati və tarixi zərurətdir. Bu yolda aramızdan kimin dost, kimin düşmən olduğunu anlamağa çalışmalıyıq”, – erməni siasətçi fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
