“Bu halda insanların mənzil alması əlçatan olar və şəffaflığ təmin edilər” – MİDA-nın satışı ilə bağlı AÇIQLAMAbackend

“Bu halda insanların mənzil alması əlçatan olar və şəffaflığ təmin edilər” – MİDA-nın satışı ilə bağlı AÇIQLAMA

Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışında ilk mənzil artıq seçilib. Əvvəlki proseslərdəki qanunsuzluqları nəzərə alsaq, budəfəki prosesin necə təşkil ediləcəyi haqda insanlarda müəyyən narahatlıqlar mövcuddur. Bəs görəsən bu dəfə satış prosesindən gözləntilər necədir? Ümumiyyətlə hazırkı satış prosesində şəffaflıq təmin olunacaqmı?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, ləğv olunan satışlarda güc strukturlarına və Dövlət Təhlükəsizlik Xidmətinə müdaxilənin haradan gəldiyi bəlli oldu: “Həmin satış ləğv edildi. Daha sonra baş tutacaq satışda da müdaxilələr olduğundan və həddən artıq yüklənmə baş verdiyindən proses yenidən dayandırıldı. Eyni zamanda hansı ip adresdən və ölkələrdən müdaxilə edildiyi də bəlli oldu. Düşünürəm ki, MİDA-nın təqdim etdiyi güzəştli mənzillərin satışına yönələn nəzarət mexanizmi nəticəsində proses şəffaflığa doğru getməlidir. Amma ümumilikdə yanaşsaq güzəştli mənzillərin bu cür satış mexanizmini qəbul etmirəm. İndiyə qədər təşkil edilən satış prosesi onu göstərir ki, ya bu adamların komputer bacarıqları peşəkar səviyyədə olmalıdır, ya da onlar İT mütəxəssislərinə müraciət etməlidir. Mənzil almaq istəyən şəxslərin arasında müəllimlərin, hərbçilərin, şəhid ailələrinin və digər kateqoriyalı şəxslərin olduğunu nəzərə alsaq, o zaman bu insanların hamısının komputer biliklərinin yüksək səviyyədə olmadığını görə bilərik. Bu da həmin şəxslərin mənzil almasına problemlər yaradır və ya digər korrupsiya hallarının baş verməsinə yol açır. Vətəndaşlar isə məcbur qalaraq hakerlər və İT mütəxəssisləri ilə sövdələşməyə gedərək qanunsuzluğa yol verirlər”.

Mənzillərin təmirsiz satışı niyə təhlükəlidir - ekspert şərhi - 12.09.2019,  Sputnik Azərbaycan

Eksper əlavə edib ki, güzəştli mənzillərin satış mexanizmində fərqlilik olmalıdır: “Hazırda müxtəlif kateqoriyadan olan insanlar həmin mənzilləri əldə edə bilir. Düşünürəm ki, hər satış bir kateqoriyaya bölünməlidir. Məsələn bir satış sırf müəllimlər, digəri həkimlər üçün təşkil edilməlidir. Bu, insanlarda digər qanunsuz halların baş vermədiyinə əminlik yaradar. Məsələn satışda üç min müəllim iştirak etsə və onlardan min nəfəri mənzil ala bilsə, bu o deməkdir ki, hər üç pedaqoqdan biri evlə təmin olunub. Bu həmçinin hərbçilər və digər kateqoriyadan olan insanlar üçün də keçərli olmalıdır. Beləcə şəffaflığı təmin etmək mümkünləşər. İndiyə kimi baş verən proseslər onu göstərdi ki, hər satış zamanı sistemin çökməsi, internetin zəif olması və sair amillər insanlara müəyyən çətinliklər yaradır. Odur ki, satış formasında da müəyyən dəyişikliklər olmalıdır və proses sadələşməlidir. Bu halda insanların mənzil alması əlçatan olar və şəffaflığ təmin edilər”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*