“Bu, həqiqətən də nankor bir işdir” – Arestoviç GİLEYLƏNDİbackend

"Bu, həqiqətən də nankor bir işdir" - Arestoviç GİLEYLƏNDİ

UPO rəhbərinin müşaviri Aleksey Arestoviçin nankor işi var.

KONKRET.az xəbər verir ki, bu fikri Aretoviçin həmkarı Mixail Podolyak “Babel”ə müsahibəsində deyib.

Onun fikrincə, bu iş “müharibə psixologiyasını izah etməkdən” ibarətdir.

“Müharibənin niyə çətin proses olduğunu izah edirsən və eyni zamanda onun öhdəsindən gələcəyimizə ümid bəsləməyə çalışırsan. Bu, həqiqətən də nankor bir işdir. Düzgün tonu seçmək lazımdır və bəzən təhriflər səsləndirmək lazımdır. Əgər müharibəni çox çirkin göstərirsənsə, əslində belədir, onda bu, cəmiyyəti çox tez ruhdan salır və ruhdan düşmüş cəmiyyət daha ətalətlə müqavimət göstərməyə başlayır”, – Podolyak bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*