Bu məsələ Çinlə ABŞ arasında qarşıdurmaya səbəb ola bilər…backend

Bu məsələ Çinlə ABŞ arasında qarşıdurmaya səbəb ola bilər...

Tayvan məsələsinin düzgün həll olunmaması Pekinlə Vaşinqton arasında birbaşa qarşıdurmaya səbəb ola bilər.

KONKRET.az xəbər verir ki, bu barədə Çin Sədri Si Szinpin ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüş zamanı deyib.

Tayvan problemini Çin-ABŞ münasibətlərində ən mühüm məsələ adlandırıb:

“Əgər Tayvan məsələsi düzgün şəkildə həll olunarsa, iki ölkə arasındakı münasibətlər ümumi sabitliyi qoruyub saxlaya bilər. Əks halda, dövlətlər qarşıdurma və hətta münaqişə ilə üz-üzə qala bilər”.

Onun sözlərinə görə, bu halda Çinlə ABŞ arasındakı bütün münasibətlər sistemi ciddi təhlükə altına düşəcək.

Çin sədri əlavə edib ki, Tayvanın “müstəqilliyi” ideyası ilə regionda sabitlik bir-birinə zidd anlayışlardır:

“Tayvan boğazında sabitliyin qorunması ABŞ-Çin münasibətləri üçün əsas amillərdən biridir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*