Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Nəsimi Mehdiyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.
İttihama görə, hadisə 2025-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən fərdi yaşayış evində baş verib.
Belə ki, təqsirləndirilən şəxs qohumu (yeznəsi) ilə uzun müddətdir davam edən narazılıqlar fonunda münaqişə yaşayıb. Zərərçəkmiş Vüqar Tağıyevin (soyadı şərtidir) mütəmadi olaraq alkoqol sərxoşluğu vəziyyətində evə gələrək ailə üzvlərinə qarşı nalayiq ifadələr işlətməsi tərəflər arasında münasibətlərin kəskinləşməsinə səbəb olub.
Mübahisə zamanı Nəsimi Mehdiyevin üzərində olan, istintaqla yerinin müəyyən edilməsi mümkün olmayan bıçaqla Vüqara bir neçə dəfə zərbə endirib. Nəticədə zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrindən ağır və həyati təhlükəli xəsarətlər aldığı qeyd olunur.
Hadisədən sonra Nəsimi Mehdiyev saxlanılıb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
