BTQ: Fransanın Yeni Kaledoniyadaki etirazları zorakılıqla yatırmasından 2 il ötürbackend

BTQ: Fransanın Yeni Kaledoniyadaki etirazları zorakılıqla yatırmasından 2 il ötür

Fransanın Yeni Kaledoniyada kütləvi etirazları qəddarcasına yatırmasından iki il ötür.

KONKRET.az xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun (BTQ) sosial şəbəkələrdə paylaşdığı videomaterialda bildirilib.

Yerli sakinlərin – kanakların müstəqillik uğrunda mübarizəsi çərçivəsində baş verən etirazlar 2024-cü ilin yazında keçirilib. Fransa parlamenti Yeni Kaledoniya ərazisində 10 ildən çox yaşayan şəxslərə regional seçkilərdə iştirak etmək hüququnun verilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Buna cavab olaraq, 2024-cü il mayın 13-də Yeni Kaledoniyanın paytaxtı Numeada buna qarşı nümayiş keçirilib. Yerli əhali bunu Parisin arxipelaqda öz nüfuzunu gücləndirmək və onun müstəqillik əldə etməsinə mane olmaq cəhdi kimi qiymətləndirib.

Etirazlar fonunda Fransa hakimiyyəti Yeni Kaledoniyaya qoşun yeridib. Etirazçılara qarşı 30 ədəd zirehli avtomobil, 3 min hərbçi cəlb edilib.

“Fransa güc strukturları tərəfindən güc tətbiq edilməsi nəticəsində 14 nəfər ölüb, 3 min nəfər yaralanıb. 243 etirazçı həbs edilib”, – BTQ-nin məlumatında vurğulanıb.

2024-cü il 13 may hadisələrindən sonra Yeni Kaledoniyadakı vəziyyət beynəlxalq təşkilatlar tərəfindən ciddi narahatlıqla qarşılanmışdır. BMT-nin müavfiq qurumları Fransanın seçici korpusunu dəyişdirmək təşəbbüsünün Kanak xalqının siyasi hüquqlarına, öz müqəddəratını təyinetmə hüququna və dekolonizasiya prosesinə zidd olduğunu vurğulamış, Fransanı yerli xalqın razılığı olmadan siyasi dəyişikliklərdən çəkinməyə çağırmışdır.

BMT ekspertləri güc tətbiqi, kütləvi həbslər və repressiv tədbirlərlə bağlı narahatlıq ifadə edərək Kanaki məsələsinin təhlükəsizlik deyil, beynəlxalq hüquq və dekolonizasiya məsələsi olduğunu qeyd ediblər. Bununla yanaşı, Melanesian Spearhead Group, Pacific Islands Forum və Pacific Conference of Churches kimi regional təşkilatlar Fransanın seçki sisteminə müdaxilə və repressiv siyasətinin bölgədəki gərginliyi daha da artırdığını bəyan ediblər.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu Kanakidə 13 may 2024-cü ildə baş vermiş hadisələrə dərhal reaksiya verərək bəyanatla çıxış edib.

BTQ Fransa hökumətinin tətbiq etdiyi informasiya blokadasını yarmaq üçün ilk gündən adada baş verənlər barədə dünya ictimaiyyətini ətraflı məlumatlandırıb. Eyni zamanda həlak olan və həbs edilən kanakların ailə üzvlərinə dəstək olunub.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*