“Sabah” klubu Azərbaycan Kubokunun qalibi oldubackend

"Sabah" klubu Azərbaycan Kubokunun qalibi oldu

“Sabah” futbol klubu 2025/2026 mövsümündə Azərbaycan Kubokunun qalibi olub.

KONKRET.az xəbər verir ki, finalda “Zirə” ilə qarşılaşan “bayquşlar” 2:1 hesablı qələbəyə seviniblər.

Hərçənd ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv erkən qolla geriyə düşüblər. 4-cü dəqiqədə Eren Aydın “qartallar”ı hesabda irəli çıxarıb. İkinci hissədə toparlanan “Sabah” 70-ci dəqiqədə Patrik Mbinanın, 90+1-ci dəqiqədə Coy Lens Mikelsin qolu ilə qələbə qazanıblar.

Qeyd edək ki, bu, “Sabah”ın tarixində qazandığı ikinci Azərbaycan Kuboku olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*