“Bu, misli görünməmiş vəhşilikdir” – Ərdoğandan sərt açıqlamabackend

“Bu, misli görünməmiş vəhşilikdir” - Ərdoğandan sərt açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzzada xəstəxanaya hücumunu sərt şəkildə qınayıb.

KONKRET.az “Yeni Sabah”a istinadən xəbər verir ki, Ərdoğan X sosial platformasında bununla bağlı yazıb:

“İçərisində qadınların, uşaqların və günahsız mülki şəxslərin olduğu xəstəxananın vurulması İsrailin ən təməl insani dəyərlərdən məhrum hücumlarının ən son nümunəsidir.

Mən bütün bəşəriyyəti Qəzzada bu misli görünməmiş vəhşiliyi dayandırmaq üçün hərəkətə keçməyə dəvət edirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*