Nikaraqua rəhbərliyi Ekvadorla diplomatik münasibətləri kəsmək qərarına gəlib.
KONKRET.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Nikaraqua hökuməti bəyanatında qeyd edir ki, bu qərar Kitoda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən törədilən hərəkətlərə görə verilib.
Belə ki, ötən gün Ekvador polisi keçmiş vitse-prezidenti Xorxe Qlası həbs etmək üçün Meksikanın Kitodakı səfirliyinə basqın edib.
Burhan,
KONKRET.az
